17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

“Rosselxoznadzor” Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib

Screen Shot 2021 09 02 at 14.34.20

“Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

Fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

“Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

“Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb. Bunlar Bakı şəhəri, Sabirabab, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Apa
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər