Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycanın daha dörd istehsalçısından pomidor idxalına icazə verib.
“RİA Novosti” xəbər verir ki, qurumdan verilən məlumata görə, 17 dekabrdan etibarən Azərbaycanın daha dörd müəssisəsindən Rusiyaya pomidor idxalına icazə veriləcək.
““Rosselxoznadzor” 17 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə əvəllər Aİİ-yə üzv olan ölkələr üçün karantin obyektlərinin aşkarlanmadığı ərazilərdə yerləşən müəssisələrdən pomidor idxalına icazə verilməsini mümkün sayır”,-deyə qurumun açıqlamasında qeyd olunub.
İcazələr aşağıdakı müəssisələrə verilib: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul Greenhouse” MMC (Hacıqabud rayonu).