6 C
Baku
Tuesday, December 24, 2024

“Rosselxoznadzor” Permdən Azərbaycana taxta ixracına icazə verib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Kirov, Udmurt Respublikası və Perm diyarı üzrə İdarəsi bu ilin oktyabr ayında Perm diyarından Azərbaycana ixrac edilən 15,02 min kubmetrdən çox taxta məmulatını yoxlayıb.

Bu barədə “Rosselxoznadzor” xəbər verir.

Məlumata görə, bütün məhsullar Xidmətin Perm filialında laboratoriya nəzarətindən keçib. Laboratoriya müayinələri zamanı karantin zərərvericiləri aşkar edilməyib. Göndərilən partiya idxalçı ölkənin fitosanitar tələblərinə cavab verib.

İlin əvvəlindən ümumilikdə 325,68 min kubmetr meşə məhsulu yoxlanılıb, 3 223 fitosanitar sertifikatı verilib.

Son xəbərlər
Digər xəbərlər