9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Rostov-Dondan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək

Gələn ilin yanvarın 21-dən etibarən Rusiyanın “Azimut” aviaşirkəti Rostov-Dondan Bakıya birbaşa aviareys üzrə uçuşlara başlayacaq.

Uçuşlar Rostov-Don hava limanından həftədə bir dəfə (cümə günləri) həyata keçiriləcək.

Uçuşlar yerli vaxtla Rostov-Dondan saat 08:00-da, Bakıdan isə saat 12:10-da olacaq.

Qeyd edək ki, hazırda “Azimut” Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər