Gələn ilin yanvarın 21-dən etibarən Rusiyanın “Azimut” aviaşirkəti Rostov-Dondan Bakıya birbaşa aviareys üzrə uçuşlara başlayacaq.
Uçuşlar Rostov-Don hava limanından həftədə bir dəfə (cümə günləri) həyata keçiriləcək.
Uçuşlar yerli vaxtla Rostov-Dondan saat 08:00-da, Bakıdan isə saat 12:10-da olacaq.
Qeyd edək ki, hazırda “Azimut” Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirir.