25 C
Baku
Saturday, July 27, 2024

Rotşildlər sülaləsinin müasir törəmələri

Güman edirəm ki, bü sulalənin xüsusi təqdimata ehtiyacı yoxdur, artıq bir neçə nəsildir ki, onlar qlobal maliyyə tarixində vacib rol, oynayıb, oynayır və oynamaqda davam edəcəklər. Rotşildlər sülaləsinin müasir üzvlərinin sayı yüzdən də çoxdur. Onların içərisində yalnız maliyyəçilər deyil, həm də məşhur bioloq, zooloq, bağban, opera müğənniləri, entomoloq və incəsənət xadimlləri də vardır. 

Bəlkə də bu səbəbdən onların adları dünyanın ən varlı insanların adları siyahısında çəkilmir. Bu ayrı-ayrı fərdlər deyil, böyük ailələrdir. Onlar banklara, ictimai fondlara, maliyyə kompaniyalarına, üzümlüklərə, mədənlərə, torpaqlara, turizm və mehmanxana bizneslərinə sahib insanlardır. Bu gün klanın əsas gücü nəinki pul kapitalında, ailəvi əlaqələrdə, effektiv əməkdaşlıqda və qarşılıqlı münasibətlərdədir.

1. Nataniel Rotşild

Nathaniel

 JNR Limited investisiya qrupunun idarə heyətinin sədri, Bumi Plc kömürçıxarma kompaniyasının (İndoneziya) həmsədri. Valideynləri: baron Ceykob Rotşild və Serena Meri Dann

2. Linn Forester de Rotşild

 linnforester

E.L. Rothschild investisiya qrupunun idarəedicisi. Əri: ser Evelin de Rotşild

3. Devid de Mayer Rotşilddavid de rothschild

Adventure Ecology ekologiya təşkilatının rəhbəri, ekoloq və sadəcə macəra axtarışında olan bir insan. Planetdə qlobal istiləşmə şəraitində sağ qalmaq üsulları ilə bağlı kitab yazmışdır. 2009-cu ildə adi plastik butulkalardan hazırlanmış yaxtada San-Fransisko şəhərindən Sidneyə qədər səyahət etmişdir. Valideynləri: Ser Evelin de Rotşild və Viktoriya Skott.

4. Serena Meri Dann, Baronessa Rotşild, Ledi Serenathe lady serena

At ilxılarının sahibi və ictimai-işgüzar xanım. Əri: baron Ceykob Rotşild

5. Leapold Devid de Rotşildrothschild%20leopoldjpg

Maliyyəçi və Messenat. İngiltərə Bankının (Bank of England) keçmiş rəhbəri. Bu gün ailəvi kommersiya  banklarından birinin idarə heyətinin üzvüdür. Böyük musiqi həvəskarıdır, bacarıqlı skripka ustası və pianoçudur. Atası: Layonel Natan de Rotşild

6. Nadin de RotşildAVT2 Nadine de Rothschild 5831

Fransız yazar və aktrisa. Əri: mərhum baron Edmon de Rotşild

7. Emma Corcina Rotşild

emma

 İqtisadi tarixçi. Harvard və Kembric universitetlərində dərs deyir. Sülalənin tarixini araşdıran tədqiqatçı komandaya (Rotşildlərin arxivi) rəhbərlik edir. Əri: İqtisdiyyat üzrə Nobel mükafatı laureatı Amartiya Kumar Sen

8. Baron Devid de Rene Ceyms de Rotşild

douard etienne alphonse de rothschild

İsveçrədə Continuation Holdings kompaniyasının rəhbəri. Məxsusi, təmiz qanlı fransız atlaırnın çoxaldılması ilə maraqlanır. Atası: Qi de Rotşild

9. Eduard Etyen Alfons de Rotşild

david rothschild

Atları dəlicəsinə sevir, Lafite üzümlüklərinin sahiblərindən biridir. Atası: Qi de Rotşild

10. Şarlotta Qenrietta de Rotşild

charlotte henriette de rothschild.jpg

Britaniya opera müğənnisi. Atası: Edmund Leopold de Rotşild

Son xəbərlər
Digər xəbərlər