Rotşildlərin bank sülaləsi artıq 200 ildir ki, Londonda yerləşir və bu günə qədər eyni olaraq “NM Rothschild” bank adlanır. “NM Rothschild” həmçinin Britaniyanın iqtisadi həyatının mərkəzində dayanır.
Napoleon müharibələri zamanı Rotşild Britaniya hökumətinə öz müttəfiqlərinə pul göndərməkdə köməklik edirdi. 1811-ci ildə Londonda Natan Meyer Rotşild tərəfindən yaradılan “NM Rothschild” bankı öz ilkin gəlirini dövlət istiqrazlarından qazanırdı. Qeyd edək ki, Natan Meyer Rotşild atası tərəfindən ailə biznesinin genişləndirilməsi üçün Londona göndərilmişdi və ailənin ən məşhur 5 oğlundan biri idi.
Napoleon müharibələri zamanı Rotşild Britaniya hökümətinə kömək etməklə yanaşı Portuqaliya və İspaniyada Hersoq Vellinqtonun ordusunu da pul vəsaitləri ilə təmin edirdi. Belə ki, bu zaman bank çox güclü agent və kuryer şəbəkəsinə malik idi.
1825-ci ildə Rotşildlər öz maliyyə gücü və qabiliyyətləri sayəsində maliyyə böhranından çıxmaq üçün İngiltərə bankını kifayət qədər sikkə ilə təmin edə bilirdi.
Bank həmçinin 15 milyon funt sterlinq dəyərində istiqrazların buraxılmasını da təmin edirdi və bu 1833-cü ildə köləliyin ləğv edilməsi barədə qanunun qəbul edilməsi üçün mütləq idi.
19-cu əsrin ikinci yarısında “NM Rothschild” Britaniyaya Süveyş kanalında idarə paketinin əldə edilməsinə, Sesil Roudsun Britaniya Cənubi Afrika şirkətini maliyyələşdirməyə, “Rio Tinto” və “De Beers” kimi nəhəng şirkətlərdən pay almağa köməklik edərək öz əzəmətini təşkil etdi.
20-ci əsrdə bank öz maliyyələşdirilməsinə deyil, daha çox digərlərinə məsləhətlərin verilməsinə diqqət ayırmışdı.
1980-ci ildə “Rothschild” konservativ hökumətin xidmət bankına çevrildi və bu zaman əvvəllər hökumətə məxsus olan şirkətlərin kütləvi özəlləşdirilməsinə başlanıldı.
Hazır ki dövrümüzdə bu bank “Goldman Sachs” və “Morgan Stanley” kimi amerikalı rəqibləri ilə müqayisədə çox kiçik görünsə də, bir çox şirkətlər və dövlətlər əvvəlki kimi onu məsləhətçi olaraq seçirlər.