23 C
Baku
Tuesday, May 21, 2024

Rotşildlərin “göyərçin” fırıldağı nə ilə nəticələndi?

“İnformasiyaya sahib olan şəxs, dünyaya da sahibdir” ifadəsi Rotşildlərin hər bir şeyi ilk olaraq onların öyrənmələrinə cəhd etmələri sayəsində məşhur oldu. Bu onların cəhdi, həmçinin də yeganə xobbisi idi. Bu xobbi isə poçt göyərçinlərinin yetişdirilməsi idi ki, bir dəfə onlara böyük sərvət qazandırmışdı. 

Bu 1815-ci ildə baş vermişdi. Napoleonun “100 gün” adlandırılan zəfər qayıdışından sonra fond birjaları Vaterloo-dakı həlledici döyüşü gözləyirdilər. Bunu Rotşild qardaşları da gözləyirdi: Natan Londonda, Yakob isə Parisdə. Onlar öz göyərçinlərini “məlumat” ilə birgə Avropanın şimal-qərbinə göndərməyə hazır vəziyyətdə idilər.

natan-rotshild

Döyüşün əvvəlində Napoleon öndə idi, bu haqda Londona məlumat göndərilir. Lakin müşahidəçilər Vellinqtonun ordusuna Prussiyanın Blüxer korpusunun köməyə gələcəyini və döyüşün taleyini həll edəcəyini təxmin etmirdilər. Napoleon məğlub oldu. Bu haqda şifrələnmiş məlumat təcili olaraq göyərçinlərlə birgə Rotşildlərə göndərilir. Səhər isə Natan Napoleonun uğurlarından “şikayətlənir” və öz səhmlərini satır. Parisdə olan Yakob da eyni fənddən istifadə edir. Birjada həyəcanlar, panikalar başlanır – axı hər şeydən əvvəl bütün məlumatı Rotşildlər öyrənirdi. İndi isə onlar səhmlərini satır. Hər kəs onların ardıyca səhmlərini satmağa başlayır və İngiltərə, Avstriya və Prussiya qiymətli kağızlarında çökmə baş verir. Bu zaman isə Rotşildlərin agentləri bu qiymətli kağızları “su qiymətinə” almağa başladılar.

Yalnız iki gündən sonra birjada hər kəs öyrənir ki, əslində Napoleon döyüzü uduzub. İnsanlar sərvətlərini itirdilər. Rotşildlər isə bir günə 40 milyon funt sterlinq qazandılar və Britaniya iqtisadiyyatının əhəmiyyətli bir hissəsinə sahib oldular.

Son xəbərlər
 ⁠
Digər xəbərlər