12 C
Baku
Sunday, October 27, 2024

“Rov Foods”a məxsus çörək və unlu qənnadı məmulatları müəssisəsinin fəaliyyəti dayandırıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının müdafiəsi, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, “Vaz” dairəsində fəaliyyət göstərən “Rov Foods” MMC-yə məxsus çörək və unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində planlı yoxlama aparılıb.

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə gigiyena tələblərinə əməl edilmədiyi, anbarda xammalların saxlanması zamanı temperatur rejiminin pozulduğu, aromatizatorların son istifadə müddətinin bitdiyi, istifadə edilən qida məhsullarında Azərbaycan dilində markalanmanın olmadığı, hazır məhsulların istifadə müddətinin əsassız olaraq artırıldığı, həmçinin müəssisədə təmir işləri getsə də, istehsal fəaliyyətinin aparıldığı aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilib və icrası məcburi göstərişlər verilib. Bundan başqa, müəssisədə gigiyena tələblərinə əməl edilmədiyi üçün istehsal fəaliyyəti dayandırılıb və istifadə müddəti bitmiş xammalların satışı qadağan edilib.

16850198192 jpeg 16850198191 jpeg

 

Son xəbərlər
Digər xəbərlər