12 C
Baku
Thursday, November 14, 2024

Rövnəq Abdullayev: SOCAR-a dövlət zəmanəti ilə 1,2 milyard manat məbləğində kredit ayrılacaq

Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidən qurulması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) dövlət zəmanəti ilə 1,2 milyard manat məbləğində kredit ayrılacaq.

Bu barədə jurnalistlərə müsahibəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, Azərbaycanda yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) yaradılması layihəsi çərçivəsində yeni neft emalı zavodunun inşasında gecikmə oldu. Bunun üçün də Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və rekonstruksiya işləri aparılmaqla zavodun fəaliyyətinin 2030-cu ilədək uzadılması qərarı alındı.

R.Abdullayev qeyd edib ki, plan üzrə işlərə gələn ildən başlanılacaq və 2017-2018-ci illərdə Heydər Əliyev adına neft emalı zavodunun istehsal gücü artırılacaq. “Zavodda “Avro-5” standartına uyğun neft məhsullarının istehsalı üçün işlər aparılacaq. Həmçinin, bitum qurğusu və daha 6 iri qurğu inşa ediləcək. Bütün bu işlərdən sonra isə “Azərneftyağ” neft emalı zavodu ləğv ediləcək”, – deyə SOCAR-ın prezidenti bildirib.

Azertag

Son xəbərlər
Digər xəbərlər