22 C
Baku
Saturday, June 25, 2022

Rövşən Rzayev: “Zəngilanın Ağalı kəndinin sakinləri yaxın vaxtlarda köçürüləcəklər”

“Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ictimaiyyətdən böyük dəstək almamışıq”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

O bildirib ki, böyük qayıdışa ən böyük maneə mina problemidir.

Dövlət Komitəsinin sədri həmçinin söyləyib ki, artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir: “Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər”.

Son xəbərlər
Oxşar xəbərlər