6 C
Baku
Saturday, December 14, 2024

Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb – Yenilənib

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək iş kobud qanun pozuntuların yol verilməsi səbəbindən cinayət işinə xitam verilməsini istəyiblər.

Daha sonra vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaspora üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması bağlı vəsatət veriblər.

Onlar qeyd ediblər ki, həmin şəxslər hadisə olan zaman ifadələrində hadisənin kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun törədiyini deyiblər:

“Bu səbəbdən onların ifadəsi sübutlar siyahısından çıxarılması istəyirik”.

Vəkillər Rövşən Əkbərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb.

Məhkəmə müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməyib.

Zərərçəkmiş şəxsin verdiyi mülki iddianı məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı iyulun 30-a təyin edilib.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Saat 10:50

Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Proses Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi keçirilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Son xəbərlər
Digər xəbərlər