10 C
Baku
Friday, December 13, 2024

Rövşən Allahverdiyev Bakı Fond Birjasının yeni rəhbəri seçilib

Bu gün Bakı Fond Birjası (BFB) QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı QSC-nin Müşahidə Şurasının yeni üzvlərinin və sədrinin seçilməsi üzrə səsvermə keçirilib.

BFB-nin səhmdarlarının səsvermə nəticələrinə görə, Kapital Bank ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev “Bakı Fond Birjası”nın Müşahidə Şurasının yeni sədri seçilib.

Qeyd edək ki, R.Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil alıb. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutub. Rövşən Allahverdiyev, 2013-cü ilin iyun ayından etibarən isə “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov “Bakı Fond Birjası”nın Müşahidə Şurasının yeni üzvü seçilib.

F. İslamov 1969-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil alıb, 1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankında  müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildənAzərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.

Son xəbərlər
Digər xəbərlər