20 C
Baku
Thursday, May 2, 2024

ROWE – iş vaxtı fəlsəfəsi

Keyl Ressler və Cudi Tompson – ROWE qeyri-adi iş təşkili fəlsəfəsinin yaradıcılarıdır. Onlar şirkət əməkdaşlarını yalnız onların effektivliyinə, öz işini hansı səviyyədə yerinə yetirdiyinə görə qiymətləndirməyi təklif edir.

ROWE fəlsəfəsinin çox qəribə bir şüarı var:

“Çərşənbə günü səhər mağazaya, çərşənbə axşamı günorta isə kinoya getmək, cümə axşamı günü isə nahardan sonra yatmaq normaldır”. 

“Doqquzdan altıya qədər” ənənəvi sistem artıq öz əhəmiyyətin itirib – niyə insan psixologiyası iş yerinə məcburi şəkildə bağlanmalıdır? Sizin vaxtınız yalnız sizə məxsusdur – əsası odur ki, iş yerinə yetirilmiş olsun. İş işdir, məkan deyil.

ROWE-a görə istənilən görüş məcburi xarakter daşımır– hər kəs onu nə üçün çağırdıqlarını soruşmaq hüququna malikdir. İşçilərin elastik iş qrafiki yoxdur – çünki, bu qrafik ümumiyyətlə mövcud deyil.

Istənilən tapşırığın dəqiq nəticə və müddət formasında təyin edilmiş məqsədi var. Yerdə qalan heç bir şeyin əhəmiyyəti yoxdur – hər kəs öz işini görür.

Lazımi məsuliyyət səviyyəsində ROWE fəlsəfəsi demək olar ki, iş gərginliyini və narazılıq hissini yaddan çıxarmağa imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər