Mərakeşin “Royal Air Maroc” aviaşirkəti Rusiyaya uçuşları qeyri-müəyyən müddətə dayandırıb.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) təşkilatın nümayəndəsinə istinadən məlumat yayıb.
“Sığorta şirkəti indicə Rusiyaya uçuşlara qadağa qoyub. Bütün uçuşlar ləğv edilir”, – deyə mesajda bildirilib.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı ölkələri, Kanada, Böyük Britaniya, Yaponiya və Avstraliya Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Qərar Ukraynada vəziyyətin gərginləşməsi fonunda qəbul edilib.