15 C
Baku
Thursday, March 28, 2024

“RoyalBank”a məxsus “Lexus” 14,5 min manata satıldı – hərrac

Əmanətlərin Sığortalanması Fondu (ADİF) hərracın nəticələri barədə məlumat açıqlayıb.

ADİF ictimaiyyə açıqlayıb ki, ləğv prosesində olan  “RoyalBank” ASC-nin balansında olan  buraxlış ili 2008 və rəngi qara olan “Lexus GS-350” markalı nəqliyyat vasitəsi  25 iyul 2017-ci il tarixində, Bakıda Hərrac mərkəzində  ilkin  satış qiyməti  14 525 manat  olmaqla açıq hərraca çıxarıb.

Keçirilən açıq hərracın  nəticəsində    “Lexus GS-350”  markalı  nəqliyyat vasitəsi  hərrac zamanı qalib olmuş şəxsə  satılıb.

 

Son xəbərlər
Digər xəbərlər