Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) aprelin 23-dən ləğv prosesində olan “Royalbank” ASC-nin təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlayacaq.
Ödəniş nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, ADIF-in Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini təqdim etsinlər.