16 C
Baku
Thursday, March 28, 2024

“Royality” nədir?

“Royality” dedikdə dövri şəkildə həyata keçirilən pul kompensasiyası, yaxud müəllif hüququ, təbiət resursu, patent, ticarət adı, şəxsi əmlak yaratmaq və ya kommersiya gəliri əldə etmək də daxil olmaqla üçüncü şəxslər tərəfindən başqasının mülkündən istifadə etmək qarşılığında ödənilən kompensasiya başa düşülür. 

Kənar ticarət brendindən, müəllif hüququndan və yaxud təbiət resursundan istifadə etməklə əldə edilən gəlirin bir hissəsi royality qismində ödənilə bilər. Royality həmçinin əldə edilən gəlir və mənfəətin faizi qismində də çıxış edə bilər. Royality-nin bu son növü komissiyalarla müqayisə edilir. Lakin bu anlayışı bir-birindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, royality cəmi 1 dəfəlik ödəniş deyil.

Royality ödəmənin digər bir üsullarından biri istifadəçi ilə müqavilə imzaladıqdan dərhal sonra təyin edilən saxta ödənişlərdir. Royality-nin bu növü bir çox hallarda icarə haqqı ödəmək ilə müqayisə edilir.

Royality-nin əsas olaraq istifadə edildiyi sahə françayzinqdir. Burada kənar ticarət markası, sloqan, loqotip, həmçinin istehlakçılar arasında populyar olan və satışların artırılmasına xidmət edən başqasına mənsub ticarət nişanından istifadə edən üçüncü tərəflər kompensasiya ödəməyə məhkumdur.

Son xəbərlər
Digər xəbərlər