20 C
Baku
Friday, October 11, 2024

Rozaliya Lombardo – müasir “yatmış gözəl”

Siciliya adasında yerləşən Palermo yaxınlığında yerləşən dəfn katakombalarında 6 dekabr 1920-ci ildə ağciyər soyuqdəyməsindən dünyasını dəyişmiş inanılmaz 2 yaşlı qızcığaz olan Rozaliya Lombardonun məzarı yerləşir.

Qızının vəfatını dərin kədərlə qarşılayan Rozaliyanın atası Mario Lombardo məşhur həkim Alfredo Salafiyə müraciət edərək qızının cəsədini çürüməkdən qorumaq üçün mumiyalamağı xahiş edir. Rozaliya Lombardonun dəfn edilməsi tarixdə ən son katakombalardan biri kimi məşhurdur. Salafiyanın mumiyalamaq texnikası sayəsində Rozaliyanın bədəni demək olar ki heç bir dəyişiklik olmadan qorunub saxlanılır. Bu zaman nəinki onun yumşaq üz dərisi, həmçinin göz almaları, kiprikləri, saçları, həmçinin baş beyni və daxili orqanları da çürüməyə məruz qalmır.

Hətta alimlərin belə bunu inanılmaz bir hadisə adlandırdığından bütün bu zaman ərzində Rozaliyanın ölmüş bədəni müşahidə altında idi. Mütəxəssislər əmindirlər ki, qızın beynindən zəif elektroimpulslar qeydə alınmışdı. Kompüter 33 və 12 saniyə davam edən iki siqnal qeydə almışdılar.

Uzun illər boyu həqiqətən qızın öldüyü deyil, sadəcə sanki yatdığı güman edilirdi. Bu səbəbdən də azyaşlı qızın mumiyası “Yatmış gözəl” adlandırılırdı. Lakin 2000-ci illərdə qızın həqiqətən də ölü olduğu təsdiq edilir.

Son xəbərlər
Digər xəbərlər