Moskva birjasında avronun məzənnəsi 101 rublu ötüb.
Banker.az bunu “Kommersant” qəzetinə istinad edir.
Bakı vaxtı ilə saat 11:28-ə olan məlumata görə, avro foreksdə 101.8 rubla satılır. Bu, 28 mart 2022-ci ildən bəri ən yuxarı göstəricidir.
Bir dollar 93.3 rubl təşkil edir. Çin yuanı rubla qarşı 1.87% bahalaşaraq 12.776 rubl təşkil edib.