Rusiya rublu dollar qarşısında bahalaşmaqda davam edir və beləliklə dünyanın ən yaxşı valyutasına çevrilir.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 10:15 radələrində 1 dollar 1.8550 rubl, yaxud 3.33% ucuzlaşaraq 53.7750 rubla düşüb. Bu da 2015-ci ilin iyunundan bu tərəfə maksimumdur.
Müasir tarixdə bir ölkəyə tətbiq edilən ən sərt iqtisadi sanksiyalar fonunda rublun dəyəri ABŞ qəpikindən də aşağı düşdükdən üç ay sonra, Rusiya valyutası sürpriz dönüş yaradıb. Yanvar ayından bəri rubl dollara nisbətdə 40% bahalaşıb.
İqtisadçılar bu hadisəyə qeyri-adi bir vəziyyətdir kimi baxırlar.
Normalda, beynəlxalq sanksiyalar və böyük hərbi münaqişə ilə üzləşən bir ölkə investorların qaçdığını və kapitalın davamlı şəkildə xaricə axınını olduğu bir zamanda ölkənin milli valyutası kəskin dəyər itkisi görməli idi. Lakin yerli hökumət rublun ölkədən çıxmasına mane olmaq üçün qeyri-adi aqressiv tədbirləri, enerji qiymətlərinin kəskin artması ilə birlikdə yerli valyutaya tələbat yaratmağa və onun dəyərini yüksəltməyə səbəb oldu.
RUBL NECƏ MÖHKƏMLƏNDİ
Rublun hazırkı dayanıqlılığı o deməkdir ki, Rusiya Ukraynanı işğal etdikdən sonra Qərb dövlətləri tərəfindən tətbiq edilən “cəhənnəm” sanksiyalarından qismən təcrid olunub. Rublun bu məzənnə ilə özünü nə qədər saxlayacağı hələki qeyri-müəyyəndir.
Rublun güclənməsinə əsas səbəbi əmtəə qiymətlərinin yüksəlməsidir. Rusiya fevralın 24-də Ukraynanı işğal etdikdən sonra onsuz da yüksək olan neft və təbii qaz qiymətləri daha da yüksəlib.
Ekspertlərə görə, hazırda əmtəə qiymətləri yüksək səviyyədədir və embarqolar və sanksiyalar səbəbindən Rusiya ixracının həcmində azalma olsa da, əmtəə qiymətlərinin artması bu enişləri kompensasiya etməkdən daha çox olur.
Rusiya enerji ixracından ayda $20 milyarda yaxın valyuta əldə edir. Martın sonundan bəri bir çox xarici alıcılar enerjinin dəyərini rublla ödəmək tələbini yerinə yetirərək rus pulunun dəyərini artırır.
Eyni zamanda, Qərbin sanksiyaları və bizneslərin ölkəni tərk etmə trendi idxalın azalmasına səbəb olub. İlin ilk dörd ayında Rusiyanın cari hesablar profisiti – ixrac və idxal arasındakı fərq rekord səviyyəyə – $96 milyarda qalxıb.
Rusiya Mərkəzi Bankı mühraibənin ilk həftəsində sərt sanksiyalara qarşı faizləri kəskin artımla 20%-ə qaldırsa da sonradan 14% və 10%-ə qədər yumşaldıb. Bir sıra məhdudiyyətləri aradan qaldırıb.
RUSİYA HƏLƏ DƏ AĞRI HİSS EDİLİR
Rublun bahalaşması ötən ay öz valyutasını tarixi səviyyələrə yaxınlaşdırmaq üçün addımlar atan Rusiya Mərkəzi Bankı üçün müəyyən problemlər yaradıb. Bankın bəzi kapitala nəzarəti yumşaltması mayın sonunda rublu dollara nisbətdə ucuzlaşdırdı, lakin azalma müvəqqəti oldu, valyuta bu həftə yeni rekord vurdu.
Güclü valyuta o demək deyil ki, Rusiyanın iqtisadi ağrılardan immuniteti var. Rublun geri düşməsi və Rusiyanın neft ixracatının gücü onun iqtisadiyyatını müvəqqəti olaraq sanksiyalardan xilas etsə də, ekspertlərin fikrincə, təsir qısamüddətli olacaq.
Neft baha olsa da Rusiya nefti bir çox müştərilərinə Brent neftindən hər barrel üçün 35 dollar daha ucuz satılır. Çünki, istər reputasiya baxımdan, istərsədə sanksiyalara görə heç kim Rusiya nefti üçün 120 dollar/barel qiymətinə görə müştəri kimi yaxın durmaz. Əksinə daha aşağı qiymətə bazarda böyük alıcılar var. Məsələn, Hindistan və Çin kimi nəhəng idxalçılar bu fürsəti əldən vermir.
Digər tərəfdən ölkədə hələ də öz aktivlərini xaricə bir yolla köçürmək istəyən bizneslər var, hansı ki məhdudiyyət səbəbindən hərəkət edə bilmirlər.