11 C
Baku
Friday, November 15, 2024

Rubl dəyərini itirir

Brent markalı neftin sürətlə ucuzlaşması fonunda Rusiya Federasiyasının milli valyutası olan rubl dəyərini itirir.

Banker.az xəbər verir ki, Moskva birjasında keçirilən əməliyyatların gedişində 1 ABŞ dolları 0,13 rubl bahalaşaraq 65,64 rubla bərabər olub. Avrozonanın vahid valyutası olan avro isə 0,03 rublluq artım nümayiş etdirərək 72,61 rubla çatıb.

Beləliklə, rublun avro qarşı olan məzənnəsi fevral ayının minimumunu yeniləyib.

İnterfax

Son xəbərlər
Digər xəbərlər