Rusiyada bayram günlərində neftin ucuzlaşması və ticarət həcminin azalması fonunda rubl bugünkü sessiyada ucuzlaşıb.
Banker.az xəbər verir ki, rus valyutası dollar qarşısında 1.35% zəifləyərək 72.07 rubl olarkən, avroya qarşı ötəngünkü 1.1% itkinin ardından daha .65% ucuzlaşmaqla 76.24 rubl səviyyəsində düşüb. Yuana qarşı 1.52% dəyər itirərib və 1 yuan 10.47 rubl səviyyəsinə yüksəlib.
Brent və Qərbi Texas nefti ötən gün 4%-lik sessiya ərzində dəyər itirdi, hansı ki, bu Rusiyanın ixracının əsas komponentidir. Səhər saatlarında isə bir qədər qiymətlər bərpa olunaraq 2%-ə qədər bahalaşıb.
2022-ci il rublun tarixinə qeyri-sabit bir il kimi yazıldı. Rusiyanın Ukraynaya on minlərlə əsgər göndərərək bazarları “çalxalaması” qısa müddət sonra mart ayında 1 dollar üçün rekord minimuma enərək 120 rubla düşdü, lakin sonra kapitala nəzarətin dəstəyi və idxalın çökməsi nəticəsində məzənnənin bərpası mümkün oldu.
Qərbin neftə “tavan qiymət” qoyması və embarqo dekabr ayında rubla zərər vurub, lakin analitiklər Rusiyanın güclü cari əməliyyatlar hesabının profisiti sayəsində valyutanın 2023-cü ildə nisbətən möhkəm qalacağını gözləyirlər.
Ticarət aktivliyinin bu həftə aşağı olacağı və yanvarın 9-dan, Rusiyada Yeni il tətillərinin bitməsindən sonra normal səviyyəyə qayıtması gözlənilir.
Rusiya fond indeksləri çərşənbə günü erkən ticarətdə qarışıq idi.
Dollarla ifadə olunan RTS indeksi 0.5% azalaraq 958.52 bənd təşkil edib. Rubl əsaslı MOEX Rusiya indeksi 0.2% artaraq 2 176.77 bənd olub.