15 C
Baku
Friday, March 29, 2024

Rubl yarım illik maksimuma yaxınlaşır

Rublun dollara qarşı məzənnəsi yarım illik maksimuma yaxınlaşıb.
“Reuters” agentliyi xəbər verir ki, buna “Brent” markalı neftin bahalaşması və dünya bazarlarının müsbət yönə istiqamətlənməsi səbəb olub.

Gün ərzində amerikalı bazar iştirakçılarının yoxluğu səbəbindən dinamika məhdudlaşa bilər. Belə ki, ABŞ-da bu gün Müstəqillik Günü qeyd edilir. Bu səbəbdən Moskva birjasında dollarla ticarət aparılmır.

Qeyd edək ki, hazırda dollar 63,52 rubl səviyyəsində bərqərar olub ki, bu da 2015-ci ilin noyabrın 6-da qeydə alınan göstəricidən 12 qəpik yüksəkdir.

1 avro 70,75 rubla dəyişdirilir.

APA

 

Son xəbərlər
Digər xəbərlər