14 C
Baku
Saturday, November 23, 2024

Rublun məzənnəsinin düşməsi Azərbaycana necə təsir edəcək?

Hazırda rus rublu birjalarda Rusiyanın məruz qaldığı kəskin sanksiyalar fonunda kəskin dəyər itirir.

Rusiya Mərkəzi Bankı martın 1-nə dolların məzənnəsini 93.56 rubla, avronun məzənnəsini isə 104.48 rubla qaldırıb. Artıq USD/RUB məzənnəsi isə törəmə maliyyə alətləri ilə əməliyyatlarda 100 səviyyəsindən üstə ticarət olunmaqdadır. Həmçinin Qərb ölkəri Rusiya Mərkəzi Bankının “iflic” etdilməsi üçün qərarı verib. Sənəddə qeyd edilib ki, məhdudiyyətlər Rusiya Mərkəzi Bankının adından və ya onun göstərişi ilə fəaliyyət göstərən istənilən hüquqi şəxslərə də şamil edilir.

Bəs bu hadisələr Azərbaycana necə təsir edə bilər?

Bu sualı iqtisadçı-ekspert Natiq Cəfərli cavablandırır:

1) Rublun dəyərdən düşməsi nə qədər davam edə bilər?

– Rubl və Rusiyanın səhm bazarı “sərbəst enişdədir”, çox böyük dalğalar olacaq, siyasi xəbərlər məzənnəyə yön verəcək. Əgər atəşkəs imzalansa, müəyyən dərəcədə gərginlik azalsa, rubl və səhm bazarı da sabitləşəcək;

2) Rublun düşməsi manata da təsir edəcəkmi, manat bununla bağlı ucuzlaşa bilərmi?

– Yox, birbaşa heç bir təsiri yoxdur, manat “kağız neftdir”, neftin qiyməti də bahadır, bu anlamda manatı dəstəkləyən vəziyyətdir;

3) Rusiya-Azərbaycan ticarət dövriyyəsinə təsirlər olacaqmı?

– Mümkündür, əsas problem pul köçürmələrlə bağlı ola bilər, ticarət dövriyyəsi isə az deyil, 3.3 mlrd. dollar civarındadır, amma ən maraqlı məsələ buğda qiymətləri ilə bağlı ola bilər, çox güman, buğda bahalaşacaq, Ukraynada vəziyyətə görə bu il yaz əkini də azalacaq, deməli Ukrayna buğda ixrac edə bilməyəcək, dünyada qiymət artacaq, o cümlədən Rusiya da qiyməti qaldıracaq;

4) Rusiyanın iqtisadi zəifləməsi, rubuklun çökməsi başqa necə təsir edə bilər?

– Rusiyada yaşayan yüzminlərlə soydaşımızın qazancları azalacaq, deməli Azərbaycana, öz ailələrinə göndədikləri pullar da kəskin azala bilər ki, bu da ölkəmizdə onminlərlə ailələin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq;

5) Azərbaycan bu sanksilayardan başqa nə itirə bilər, buna hazırdımı?

– İtkilərlə yanaşı qazanclar da ola bilər, hər şey hökumətin davranışlarından asılı olacaq, amma Rusiyada vəziyyət gərginləşsə oradan soydaşlarımızın vətənə köçü ola bilər – buna ölkə hazır deyil, çünki işsizlik, rəqabətsizlik var, ölkə yeni iş yerləri və iqtisadi fürsətlər üçün sistem olaraq hazır deyil.

Son xəbərlər
Digər xəbərlər