6 C
Baku
Thursday, November 7, 2024

Rudolf Diesel – dizel mühərrikinin yaradıcısı

Rudolf Diesel (18 mart 1858 – 29 sentyabr 1913) alman mühəndis və onun öz adı ilə adlandırılmış daxili yanma mühərrikinin yaradıcısıdır (1897-ci il).

O daha sonradan Fransaya köçmüş alman ailəsində dünyaya gəlib. 1870-ci ildə başlayan Fransa-Prussiya müharibəsi səbəbindən bütün ailə İngiltərəyə köçür. Buradan isə Rudolf valideynləri tərəfindən təhsilini başa çatdırmaq üçün Almaniyaya göndərilir. O ilk olaraq Auqsburq, sonra isə Münhenin Ali Texniki məktəbində təhsil alır və buranı fərqlənmə ilə bitirir. Məşhur mühəndis olan Karl fon Linde-nin himayəsi Rudolf üçün böyük uğur idi və o gələcəyin məşhur mühəndisini 1880-ci ildə öz şirkətinin Parisdəki bölməsinə işə düzəldir.

Rudolph_Diesel

Rudolf uzun illər havanın yanacaqla birləşməsi anında zəruri alovlanma temperaturu üçün havanı lazımi şəkildə sıxan bir mühərrik üzərində işləyirdi. 1890-cı ildə Linde-nin firması Diesel-i Berlin şöbəsinə köçürür. O burada öz ideyasının hesablamalarını və nzəəri izahlarını təqdim edir və 1892-ci ildə patent əldə edir. 1897-ci ildə 25 at gücünə malik mühərrik nümayiş etdirilir. Yüksək effektivli mühərrik Kruppa şirkətinin, Auqsburq maşınqayırma zavodunun və s. bir çoxlarının diqqətini cəlb edir. Bu zaman Rudolf Diesel kommersiya uğuru əldə edir. Lakin bir müddət keçdikdən sonra ondan sonraki ixtiraçılar tərəfindən yaradılmış dizayn səhvləri səbəbindən royaltilər azalır. Belə güman edilir ki, Rudolf Diesel La-Manş boğazında “Drezden” paroxodunun batması zamanı həlak olub. Lakin bununla yanaşı digər versiyalar da mövcuddur.

Son xəbərlər
Digər xəbərlər