Rudolf Hilferding (10 avqust 1877 Vyana, Avstriya – 11 fevral 1941 Paris, Fransa) avstriyalı və alman marksist, sosial-demokratik partiyasının lideri və Almaniyanın siyasi xadimi olmuşdur.
Rudolf tibb təhsili almasına baxmayaraq, eyni zamanda marksist nəzəriyyəsini, həmçinin tarix və fəlsəfəni də dostları ilə birgə öyrənir.
Elmi nailiyyətləri:
O Berlinə köçdükdən sonra burada alman sosial-demokrat partiyasının əsas nəzəriyyəsi olan “Neue Zeit” məqaləsini yazır. 1902-ci ildə “Bem-Baverk Marksın tənqidçisi kimi” əsərini yazır və burada marjinal faydalılıq nəzəriyyəsini tənqid edir. O həkimlik sənətini atır və 1907-ci ildə Almaniyanın sosial-demokrayik “Vorvarts” partiyasının mərkəzi orqanının redaktoru olur. Rudolf Hilferding-in belə desək, əsas “şah əsəri” 1910-cu ildə yazdığı “Maliyyə kapitalı”-dır. Bu əsər “Kapital” əsərindən sonra iqtisadiyyat sahəsində ən böyük marksist işlərdən biridir. O bu əsərdə maliyyə kapitalı anlayışını tətbiq edərək yeni kapitalist iqtisadiyyatında yeni fenomenlər yaratmış, səhmdar cəmiyyətlər haqqında materialı nəzərdən keçirmiş, birjanı təsvir etmiş, kiçik kapitalların böyük kapitallara tabe olma prosesini izləmişdir.
Birinci dünya müharibəsi illərində, o əksər alman sosialist hərbi qüvvələrinin dəstəyini rədd etsə də, Lenin qədər kəskin, radikal nəticələr çıxarmamışdır. 1915-ci ildə Avstriya-Macarıstan ordusuna həkim qismində cəlb edilsə də, burada da nəzəri fəaliyyətini davam etdirmiş və “tənzimlənən kapitalizm” nəzəriyyəsini irəli sürmüşdür. 1918-ci ildə iqtisadçı alim Almaniyanın Müstəqil sosial-demokratik partiyasının liderlərindən birinə çevrilir, Noyabr inqilabında iştirak edir, 1919-cu ildə alman vətəndaşlığı qəbul edir və Reyxin iqtisadi şurasının üzvünə çevrilir. Bundan əlavə, 1923-cü ildə inflyasiyanın zirvədə olduğu bir vaxtda maliyyə naziri təyin edilir. Daha sonradan, 1928-1929-cu illərdə yenidən həmin vəzifəni tutur. Hitler hakimiyyətə gəldikdə isə yəhudi və sosialist olan Rudolf Fransaya gedir. Fransa ələ keçirildikdən sonra isə faşistlərə təslim edilir. Marksist iqtisadçı Parisdə gestapo həbsxanasında dünyasını dəyişir.