“Azərbaycanda lisenziyası ləğv olunan 11 bank üzrə qorunan əmanətçilərə 760 mln. manat kompensasiya ödənməlidir. İndiyədək təxminən 25 min nəfərə 725 mln. manat kompensasiya verilib”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, bundan sonra təxminən 140 min qorunan əmanətçiyə 35 mln. manatlıq kompensasiya verilməlidir: “Bu əmanətçilər öz əmanətlərini götürmür. Niyə? Çünki onların əmək haqqı hesabında, kart hesabında 1 manatdan az vəsait qalıb. Əmanətçi yol pulu verib 1 manatı götürmək istəmir. Bu əmanətlərin məbləği az olsa da, sayı çox olduğundan bu məbləğ yaranıb”.