6 C
Baku
Sunday, December 15, 2024

Rüfət Aslanlı: “Bank sektorunda vəziyyət müsbətə doğru dəyişir”

Azərbaycan bankları Mərkəzi Bankın manatı “üzən məzənnə” rejiminə keçirməsindən sonra yaranmış vəziyyətə uyğunlaşıblar.

Bunu “Reuters” agentliyinə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

“Bankların yeni reallıqlara uyğunlaşması prosesi başa çatıb, bəzi zəif iştirakçılar bank sektorunu tərk edib və artıq bazarda vəziyyətin müsbətə doğru dəyişməsindən danışmaq olar” – deyə R.Aslanlı qeyd edib.
Bu ilin əvvəlindən bəri 10 bankın lisenziyasının ləğv edilməsinə münasibət bildirən MBNP rəhbəri digər banklar üçün belə bir aqibətin gözlənilmədiyini bildirib:
“Qalan banklar məcmu kapitalı ilə bağlı tələbə cavab verir və onların bağlanması gündəmdə deyil”.

Report

Son xəbərlər
Digər xəbərlər