3 C
Baku
Saturday, December 14, 2024

Rüfət Aslanlı vəzifəsini itirdi – Palatada Direktorlar Şurası ləğv olundu

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

Banker.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.

Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

Direktorlar Şurası ləğv edildiyindən sədr, müavin və üzv vəzifələrini itiriblər.

Qeyd edək ki, Direktorlar Şurasının sədri Rüfət Cəbrayıl oğlu Aslanlı, Direktorlar Şurasının sədrinin müavini Nigar Ramiz qızı Məmmədova, Direktorlar Şurasının üzvü isə İlqar Nazim oğlu Muradov idi.

Bu gün Prezident İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Fərman ilə müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

Yeni Nizamnamədə bildirilir ki, Palatanı idarəetmə orqanı İdarə Heyətidir.

Palatanın İdarə Heyəti  Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

Köhnə Nizamnaməyə görə, Palatanın İdarə Heyəti Baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir.

Hazırda Palatada mövcud rəhbərlik 

İbrahim Əsəd oğlu Alışov – Baş icraçı direktor

Asim Asəf oğlu Zülfüqarov – Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru

Əfqan Məhəmməd oğlu Baxışov – Hüquq və icraat departamentinin direktoru

İmran İsmayıl oğlu Məmmədov – Bank fəaliyyətinə nəzarət departamentinin direktoru

Fuad Həşim oğlu Sadıqov – Sığorta bazarına nəzarət departamentinin direktoru

Cavid Rüstəm oğlu Nəzərov – Maliyyə bazarlarına nəzarət departamentinin direktoru

 

Palatanın yeni nizamnaməsi ilə buardan tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər