Banker.azın verdiyi məlumata görə Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri Rüfət Aslanlı bildirib ki, hazırda Azərbaycanda biznes kreditləşməsi ilə bağlı problemlər var, iş adamlarına təklif olunan kreditlərə yüksək təminat tələbləri mövcuddur. Bundan başqa, kreditlərin illik faiz dərəcəsi manatda 22-26%, xarici valtutada isə 13-15%-dir ki, bu da real sektorun rentabeliyi ilə müqayisədə yüksəkdir: “Kreditlərin bahalığı onunla bağlıdır ki, onların maya dəyəri yüksəkdir. Banklar illik 15%-lə əmanət qəbul edir, burada əməliyyat xərcləri, kreditin qaytarılmaması ehtimalı, məzənnə və digər riskləri nəzərə aldıqda kredit faizlərinin yüksək olması təbiidir”.