2 C
Baku
Saturday, January 3, 2026

Ruhani ABŞ sanksiyaları ilə bağlı müraciət etdi

İran prezidenti Həsən Ruhani bəyan edib ki, İran ABŞ-ın sanksiyaların aşacaq və ABŞ-ı “peşman edəcək”.

Banker.az bildirir ki, bunu “Press TV” xəbər verir və prezident bunu İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin rəhbərləri ilə görüşü zamanı bildirib.

“Birlik və birgə səylərlə biz sanksiyaları aşacağıq, biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyaları cəlb etməyə davam edəcəyik. Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik” – deyə Ruhani qeyd edib.

İran prezidenti deyib ki, ötən ay Nyu-Yorkda olarkən dörd ölkənin prezidenti ondan ABŞ prezidenti ilə danışıqlar aparmağı istəyib: “Danışıqlar üçüncü ölkələrin vasitəçiliyi ilə həyata keçirilmir. İran istənilən ölkə ilə danışıqlar aparmağa hazırdır. Lakin bu ölkə götürdüyü öhdəliklərə sadiq olmalıdır” – Ruhani vurğulayıb.

“Bəziləri hesab edir ki, ABŞ-ın nüvə razılaşması sazişindən çıxması ilə bizim uğursuzluğa məruz qalacağıq. Biz uğura nail olmuşuq, ən azı siyasi uğura. Bunun sübutu odur ki, 2-3 ölkə istisna olmaqla, dünya ölkələrinin böyük əksəriyyəti İranla bağlanan nüvə razılaşmasını dəstəkləyir. Bu bizim üçün diplomatik uğurdur”.

Qeyd edək ki, bu gündən İrana qarşı yeni sanksiyalar qüvvəyə minir. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edəcək. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

Sputnik Azərbaycan

Son xəbərlər
Digər xəbərlər