21 C
Baku
Saturday, September 28, 2024

Ruhani həbs edilə bilər

İranın keçmiş Prezidenti Həsən Ruhaniyə qarşı ölkənin Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə məlumatı İranın İslam Şurası Məclisinin (parlament) üzvü Nasrulla Peymanfar açıqlayıb.

Onun sözlərinə görə, iş eks-prezidentə qarşı 700 min şikayət əsasında prokurorluğa göndərilib.

Məsələyə qısa zaman ərzində baxılacağı və məhkəmənin onun barəsində həbs qətimkan və ya digər tədbir seçəcəyi gözlənilir.

Qeyd edək ki, H.Ruhani fond və valyuta bazarına müdaxilə etməkdə ittiham olunur. O, 2013-2021-ci illərdə İranın Prezidenti olub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər