1 C
Baku
Saturday, December 14, 2024

Ruhani: “İran-Azərbaycan sərhədində xeyli müsbət dəyişiklik baş verəcək”

Azərbaycan və İran rəhbərliyi ikitərəfli münasibətlərin inkişafı istiqamətində önəmli qərarlar verib.

Bu barədə bu gün İran Prezidenti Həsən Ruhani Azad İqtisadi Zona Təşkilatının layihələrinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, iki ölkənin sərhəd bölgələrində xeyli müsbət dəyişikliklər müşahidə olunacaq.

İran Prezidenti vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı verilən qərarların icrası sanksiyalar səbəbindən müəyyən qədər ləngimələrlə üzləşib: “Əminəm ki, İran əleyhinə tətbiq olunan sanksiyaların tezliklə ləğv edilməsi ilə İranın Azərbaycanla münasibətləri daha da inkişaf edəcək”.

H. Ruhani qeyd edib ki, sanksiyaların ləğvi ilə xarici investorların ölkəyə axını baş tutacaq.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər