Rumıniyanın Baş naziri Marsel Çolaku Avropa İttifaqı (Aİ) ölkələrini Buxarestdən nümunə götürərək Rusiya qazı və digər məhsullarının alınmasından tamamilə imtina etməyə çağırıb.
Baş nazir belə bir addımın vacibliyini qeyd edib: “İtirdiklərimiz, yəni rahatlıq ilə bu gün dünyada baş verənlər arasında çox böyük fərq var”. Çolaku həmçinin Rusiya qazının Avstriyaya nəqlinin davam etdirilməsini dəstəkləməyib.
“Hesab edirəm ki, qaz qiymətləri müəyyən müddət ərzində daha yüksək olsa belə, Aİ Rusiya qazından tam müstəqilliyə hazırlaşır”, – o fikrini yekunlaşdırıb.