Rumıniya Azərbaycan qazının nəqlini qiymətləndirmək üçün texniki-iqtisadi əsaslandırma sifariş edib.
Bu barədə Rumıniya KİV məlumat yayıb.
Bildirilir ki, Rumıniyanın Baş naziri Nikolae Çuka Azərbaycan qazının Kulevi-Konstansa marşrutu ilə nəqlinin texniki-iqtisadi əsaslandırılmasının aparılması barədə göstəriş verib.
Layihə Kulevidə qaz mayeləşdirmə stansiyasının və Konstansada mayeləşdirmə stansiyasının açılmasını, qazın boru kəmərlərinə daxil edilməsini, oradan istənilən istiqamətə nəqlini nəzərdə tutur.
“Bu, Avropanı qazla təmin etmək üçün əlavə variantdır, əgər o, mümkün olarsa, Rumıniyanı qonşu dövlətlər, ilk növbədə Moldova üçün qaz mərkəzinə çevirməyə kömək edəcək”, – deyə Çuka bildirib.