6 C
Baku
Sunday, December 15, 2024

Rumıniya Prezidenti Britaniya kralı III Çarlzla görüşüb

Rumıniya Prezidenti Klaus İohannis Buxarestdəki iqamətgahında ölkəydə şəxsi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzı qəbul edib.

Kotroçeni sarayında rəsmi qəbul mərasimi keçirilib, prezident və Kral arasında təkbətək söhbət olub. Həmçinin Britaniya monarxı Rumıniya hakimiyyətinin, vətəndaş cəmiyyətinin nümayəndələri və diplomatik korpusun nümayəndələri ilə görüşü olub.

Çarlz III Rumıniya və Rumınlara rəğbət bəslədiyini ifadə edərək, özünü evindəki kimi hiss etdiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər