17 C
Baku
Monday, April 22, 2024

Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək

Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.

“Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfər edəcək”, – deyə mənbə bildirib.

Səfər çərçivəsində Əliyev və Yohannis arasında aparılacaq danışıqlar zamanı energetika, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.

Dövlət başçıları, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi kimi regional layihələrin həyata keçirilməsini müzakirə edəcək və rəqəmsal sahədə belə layihələrə start verilməsi məsələsini nəzərdən keçirəcəklər.

Bundan başqa, K.Yohannis fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak edəcək.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər