27 C
Baku
Wednesday, April 24, 2024

Rumıniya tezliklə Şengen zonasına daxil ediləcək

Rumıniya tezliklə Şengen zonasına daxil ediləcək.

Bunu Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bildirib.

“Rumıniya Şengen zonasına qoşulacaq və bunu tezliklə edəcək. Əminəm ki, bunu hamı anlayacaq. Qoşulmanın təxirə salınması yanlış qərar olub. Mən fikrimi açıq-aydın ifadə etmək istəyirəm: Rumıniya on ildən artıqdır ki, Şengen zonasına qoşulmağa hazırdır”, – deyə R.Metsola vurğulayıb.

Xatırladaq ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də keçirilmiş iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın etirazları səbəbindən qəbul edilməyib.

MənbəAzertac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər