25 C
Baku
Saturday, July 27, 2024

Rumıniya yeni dronların istehsalına başlayıb

Rumıniya “Watchkeeper X” dronlarının istehsalına başladığını elan edib.

İstehsal olunacaq pilotsuz təyyarələr Rumıniya ordusunun sərəncamına veriləcək.

Qeyd olunub ki, bununla əlaqədar Rumıniya Müdafiə Nazirliyinin tabeliyindəki “Romtehnica” şirkəti ilə İsrailin “Elbit Systems” şirkətinin nümayəndələri 380 milyon avro dəyərində yeddi ədəd “Watchkeeper X” dron sisteminin tədarükünə dair çərçivə sazişi imzalayıblar.

Qeyd olunub ki, “UAS Watchkeeper X” dronları üçün texniki xidmətlərlə bağlı əməliyyatlar Rumıniyanın milli müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçiriləcək ki, bununla da böhran və ya müharibə vəziyyətlərində bu əməliyyatların sərhəddən kənarda aparılmasına ehtiyac qalmayacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər