Rumıniya Sosial Demokrat Partiyasının lideri Marsel Çolaku ölkənin yeni baş naziri təyin edilib.
Bu barədə Rumıniya Prezidenti Klaus İohannis müvafiq sərəncam imzalayıb.
Bu qərar hakim koalisiya nümayəndələrinin hələ 2021-ci ildə əldə etdiyi baş nazirlərin rotasiyası ilə bağlı razılaşmalarla bağlıdır.
M.Çolaku artıq hökumətin tərkibində dəyişikliklər edəcəyinə söz verib. Bununla bağlı plan iyunun 15-də təsdiq üçün ölkə parlamentinə təqdim olunacaq.