13 C
Baku
Tuesday, October 22, 2024

Rumıniyanın baş naziri istefa verdi

Rumıniyanın baş naziri Lüdovik Orban rəhbərliyində təmsil olunduğu Milli Liberal Partiyanın parlament seçkilərində uduzmasından sonra istefaya getdiyini elan edib.

“Agence France-Presse” agentliyi xəbər verir ki, bu barədə o, televiziyada translyasiya edilmiş çıxışı zamanı bildirib.

“Mən bu gün istefa qərarı verdim”, – baş nazir deyib.

Rumıniyada parlament seçkiləri dekabrın 6-da keçirilib. “Exit poll”un məlumatına görə, seçkilərdə Sosial Demokrat Partiyası lider olub. İlkin məlumatlara əsasən, siyasi təşkilat siyasi marafonda 30,5 % seçici səsi toplayıb.

Son xəbərlər
Digər xəbərlər