9 C
Baku
Friday, December 13, 2024

Rumıniyanın energetika naziri Azərbaycana gələcək

Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə diplomatik mənbə bildirib.

“Bu tədbirdə Rumıniyadan böyük nümayəndə heyəti, həmçinin “Romgaz” və “Trangaz” şirkətlərinin rəhbərləri iştirak edəcək”, – mənbə deyib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.

2015-ci ildən etibarən hər il fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər