Rusiyanın “Tinkoff-bank”ı smartfonlar ödəniş xidmətini işə salıb. Verilən məlumata görə, yeni xidmətin adı “Tinkoff Pay”dır. Onun funksionallığı “Samsung Pay”, “Apple Pay” və “Google Pay” ilə oxşardır.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Xatırladaq ki, bundan əvvəl “Sberbank” da bənzər xidməti işə salıb – “SberPay”. Orada alış-verişi “Mir” kartı ilə etmək mümkündür.
Həmçinin “Yandex”in də özünü ödəniş xidməti mövcuddur və onun adı “Yandex Pay”dır.