10 C
Baku
Friday, December 13, 2024

Rus bankı “Denizbank”ı 3,2 mlrd. dollara ərəblərə satdı

Bir müddətdir satış danışıqlari davam edən Denizbank-ın yeni sahibi bəlli oldu. Sberbank, Denizbank-ı Körfəzin ən önəmli banklarından biri olan Emirates NBD-yə 3,2 mlrd. dollara ( hazırkı məzənnə ilə 14,6 mlrd. lirəyə) satdı. Verilən açıqlamada Sberbank-ın, Denizbank-dakı 99,85% hissəsinin Emirates NBD-yə satması mövzusunda dəqiq razılaşmaya gəlindiyini bildirdi. Qeyd edək ki, iki tərəf arasındakı satış danışıqları bu ilin başında başlanmışdı.

Banker.az xəbər verir ki, bu barədə yerli KİV deyir.

Edilən satış əməliyyatının ardından, Sberbank-ın Denizbank-da olan səhmdarlığı sona çatacaq.

Müqavilə daxilində edilən açıqlamada, 14,6 mlrd. lirəyə elavə olaraq Emirates NBD-nin 31 oktyabr 2017 tarixi ilə bağlanış tarixi arasındakı davam edəcək müddət ərzində dövriyyə üzərindən Sberbank-a faiz ödəyəcəyi bildirildi. 31 oktyabr 2017 tarixindən prosesin bitmə tarixinə qədər davam edəcək müddətdə əldə edilən gəlirin, Emirates-in hesabına yazılacağı ifadə edildi. Yenə dövr müqaviləsinə görə, əməliyyatın bitməsi ilə birlikdə Emirates NBD-nin keçmişdə Sberbank tərəfindən Denizbank-a verilmiş olan sərmayə bənzəri kreditlərin də sahibliyini üzərinə götürəcəyi söyləndi.

Emirates NBD qrupu CEO-u Shayne Nelson, müqavilənin ilk il üçün onlara dəyər qatacağını söylədi.

Denizbank-ın Türk bank sektorunda yaxşı idarə edilən və öndə gələn bir qurum olduğunu ifadə edən Nelson, alım qiymətinin onlar üçün məqbul səviyyədə olduğunu söylədi. Dubay əsaslı təşkilat, Orta Şərqin ən böyük bankları arasında yer alır və son məlumatlara görə 7 mindən çox insana məşğulluğu təmin edir.

Sberbank CEO-su Herman Gref isə bankın idarə heyyətinə 2012 ilində aldıqlarından bu yana çox önəm verdiklərini, satış əməliyyatının Sberbank Qrupunun beynəlxalq stratejindəki dəyişiklik nəticəsində ortaya çıxdığını dilə gətirib.

Son xəbərlər
Digər xəbərlər