Rusiyanın “Alfa-bank” bankı Visa ödəmə sistemi ilə əməkdaşlıq çərçivəsində “dual face” kredit kartların yeni dizaynını təqdim edib. Qeyd edildiyi kimi, yeni kartların “üz” tərəfində yalnız şirkətin loqosu və EMV-çip əks etdiriləcək.
Banker.az xəbər verir ki, bütün digər məlumatlar – nömrə, sahibinin adı, CVV2, ödəniş sistemi və kartın istifadə müddəti – “arxa” tərəfdə əks olunacaq. Mütəxəssislərin fikrincə, yeni dizayn həm zövqlüdür, həm də təhlükəsizdir: alış-veriş zamanı bütün məlumatlar kənar şəxslərdən gizli qalır.
Birtərəfli dizaynlı kredit kartı əldə etmək üçün bankın veb saytı vasitəsilə müraciət göndərmək və Visa ödəmə sistemini seçmək lazımdır. Kartı kuryer gətirir, eyni zamanda istifadəçi çatdırılmanı bankın istənilən şöbəsinə sifariş edə bilər.