22 C
Baku
Thursday, September 29, 2022

Rus bankları Azərbaycana $1 milyarda yaxın vəsait yönəldiblər, nazir deyir

“Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər.” 

Banker.az xəbər verir ki, bunu A.R-nın iqtisadiyyat naziri Şahin Mustafayev Azərtac-a müsahibəsində bildirib.

Mustafayev ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırdığını xüsususi vurğulayib.

“Həmçinin Rusiya bankları ilə də sıx əməkdaşlıq həyata keçirilir. Belə ki, Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər”, deyə Mustafayev bildirib.

Son xəbərlər
Oxşar xəbərlər