Federal Tədqiqatlar Burosunun (FBI) araşdırmaları hücumların Rusiya və Şərqi Avropa ölkələrindən edildiyini üzə çıxarıb.
Banklar Rus hakerlər ABŞ-ın məşhur banklarına hücum edib.
Məşhur “JP Morgan Chase” bankı da daxil olmaqla azı 5 ABŞ bankına təşkil olunan kiber hücum nəticəsində muştərilərin gigabaytlarca məlumatları ələ keçirilib.
“JP Morgan Chase”dən verilən açıqlamada bildirilib ki, bank kiber hücuma məruz qalsa da müdafiə sistemləri vasitəsi iə hücumların qarşısını ala biliblər. Şirkət haker hücumlarının qarşısının alınmasında ABŞ-ın gizli xidmətlərinin də onlara kömək etdiyini bildirib.
ABŞ tərəfinin iddiasına görə, kiber hücumların Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab olaraq təşkil olunub və belə hücumlar Avropa banklarına da təşkil olunacağı istisna deyil.
Federal Tədqiqatlar Burosunun (FBI) araşdırmaları hücumların Rusiya və Şərqi Avropa ölkələrindən edildiyini üzə çıxarıb. ABŞ mediası isə hakerlərin Rusiya dövləti tərəfindən dəstəkləndiyini iddia edib.
Hazırda ABŞ bankları güclü təhlükəsizlik sistemi yaratmaq istiqamətində işlərə başlayıb.
ANSPRESS