13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Rus KİV-i: “Sputnik V” vaksini “AstraZeneca”ya nisbətdə daha yaxşı təmizlənir

faizlere

“Sputnik V” preparatı “AstraZeneca”ya nisbətdə daha yaxşı təmizlənmədən keçir.

“İzvestiya”nın məlumatına görə, bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq Rusiyanın istehsal etdiyi preparat ilə “AstraZeneca”nın arasındakı fərqi açıqlayarkən bildirib.

Onun sözlərinə görə, pandemiyanın əvvəlində “AstraZeneca” hələ tam hazır olmamış, ucuzluğuna görə bütün dünyada çox satılıb.

“Onlar Rusiyada olduğu kimi yaxşı təmizlənsələr, bütün sirləri könüllü olaraq təqdim etməyə hazırıq, onda preparatın qiymətləri artacaq və bütün problemlər aradan qalxacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Sputnik V” adenovirusa əsaslanan ilk Rusiya istehsalı koronavirus peyvəndidir. Preparat 50-dən çox ölkədə qeydiyyata alınıb. Bu vaksin Dünya Səhiyyə Təşkilatı siyahısında ən yaxşı peyvənd namizədlərinin ilk onluğundadır.

Hazırda bir sıra Avropa ölkələri peyvənd vurduran xəstələrdə tromboz aşkarlandığına görə “AstraZeneca” ilə vaksinasiyanı dayandırıb, yaxud qadağan edib. Ancaq peyvəndin yaradıcıları onun təhlükəsizliyində israr edirlər.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Oxu.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər