Rus milyarder Abramoviç “Çelsi”ni rekord məbləğə satır

"Forbes" jurnalı bu ilin iyulunda "Çelsi"ni 2,06 milyard dollar dəyərində qiymətləndirmişdi

Rusiyalı biznesmen Roman Abramoviç Londonun “Çelsi” klubunu dünya idman tarixində rekord qiymətə satmaq niyyətindədir. Mənbə bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

Britaniyalı biznesmen Cim Retkliff klubu 2,68 milyard dollara almaq istəyib. Lakin Abramoviç idman tarixində ən bahalı olacaq bu sövdələşmədən imtina edib. Bildirilir ki, rus biznesmen “Çelsi”ni 3,9 milyard dollara satmaq niyyətindədir.

Cim Ratcliffe

Qeyd edək ki, “Forbes” jurnalı bu ilin iyulunda “Çelsi”ni 2,06 milyard dollar dəyərində qiymətləndirmişdi.